Qaradağ, Ümid qəsəbəsi
Kirayə 3 otaqlı 83,5 m² mənzil, Qaradağ, Bakı
Təsvir
Qaradağ rayonunun Ümid qəsəbəsində, Sahil qəsəbəsinin və 294 saylı məktəbin yaxınlığında 83,5 m² sahəsi olan üç otaqlı boş mənzil kirayə verirəm. Mənzil yeni beşmərtəbəli 3 nömrəli binanın birinci mərtəbəsindədir. Yeni təmirlidir, yaşayış olmayıb. Güngörən, qarşısı açıq və havalıdır. Qaz, su, işıq, internet və kabel televiziyası var, istilik sistemi kombidir. Reşotkalı balkon, səliqəli blok və sakit həyət mövcuddur. Məktəblər, bağça, marketlər və poçt yaxındadır. Lökbatanı və Binə Ticarət Mərkəzini Sahil və Ümid qəsəbələri ilə birləşdirən 164 nömrəli avtobus binanın yanından keçir. Kompleks Qaradağdakı zavodlara və rayonlara gedən əsas magistral yola yaxındır. Aylıq kirayə 380 AZN-dir. Uzunmüddətli yaşayış üçün minimum bir illik kirayə müqaviləsi bağlanacaq; müqavilənin rəsmiləşdirilməsi qiymətə daxildir. Kommunal xidmətlər ayrıca ödənilir. Maklerlər narahat etməsin. Xəritədə ünvan düzgün göstərilib. WhatsApp aktivdir.
Xüsusiyyətlər
- Otaqların sayı
- 3
- Sahə
- 83,5 m²
- Mərtəbə
- 1 / 5
- Növ
- Yeni tikili
- Təmir
- Təmirli
Ünvan və yerləşmə
Qaradağ, Ümid qəsəbəsi
Google Maps yüklənir…
- Elanın nömrəsi
- 866
- Dərc edilib