Nəsimi rayonu, Azadlıq prospekti
Kirayə: 220 m² ofis, Nəsimi rayonu, Bakı — Azadlıq prospekti
Təsvir
Azadlıq prospekti ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində, 28 May metrosunun yaxınlığında 220 m² sahəli ofisi kirayə verirəm. Ofis yeni binanın qeyri-yaşayış hissəsindədir, mənzil deyil: çöldən 1-ci mərtəbə, rəsmi olaraq beletaj — 2-ci mərtəbə səviyyəsidir. Loft üslubunda yeni təmir, 3,60 m hündürlükdə tavanlar və bütün otaqlarda iri vitraj pəncərələr var. Planlaşdırma: 6 ofis otağı, 1 anbar, ayrıca mətbəx və rəhbər, qadın və kişi üçün ayrı 3 sanitar qovşaq. Mətbəxdə təbii mərmərli mebel, soyuducu, mikrodalğalı soba və iri termopot var. Çöldən birbaşa ayrıca giriş və binadan liftlə və ya pilləkənlə giriş mümkündür; seyf qapı, domofon və kartla keçid sistemi mövcuddur. Mərkəzi kondisioner və istilik sistemləri, koridorda mərmər isti döşəmə var. Yüksəksürətli internet, kamera nəzarəti, istəyə uyğun telefon xətləri, daimi su və elektrik nəzərdə tutulub. Binada 2 mərtəbəli yeraltı dayanacaq, qarşısında ödənişsiz parklanma yerləri var. Qarşıda avtobus dayanacağı, binanın altında Araz, Bazarstore və avtoyuma, yaxınlıqda kafe, restoran və klinikalar yerləşir. Aylıq icarə haqqı 4 700 AZN-dir. Xidmət haqqı var, məbləği dəqiqləşdirilir. Ətraflı məlumat və baxış üçün zəng edin və ya WhatsApp-da yazın.
Xüsusiyyətlər
- Sahə
- 220 m²
- Otaqların / kabinetlərin sayı
- 6
- Təmir
- Təmirli
- Növ
- Biznes mərkəzində
Ünvan və yerləşmə
Nəsimi rayonu, Azadlıq prospekti
Nişangahlar: Bakı Slavyan Universiteti, Bakı Dövlət Sirki, 28 Mall · Metro: 28 May
Google Maps yüklənir…
- Elanın nömrəsi
- 2317
- Dərc edilib