Sumqayıt şəhəri
Kirayə 2 otaqlı 42,5 m² mənzil, yeni tikili, Sumqayıt
Təsvir
Sumqayıtın 10-cu mikrorayonunda 16 mərtəbəli binanın 11-ci mərtəbəsində 42,5 m² sahəli 2 otaqlı mənzili sahibindən kirayə verirəm. Planlaşdırma: mətbəxlə birləşdirilmiş qonaq otağı, ayrıca yataq otağı, dəhliz, duş kabinəli sanitar qovşağı və eyvan. Plan üzrə yataq otağı 2,91 × 3,50 m, qonaq otağı ilə mətbəx birlikdə 3,23 × 7,63 m-dir. Mənzil yığcamdır: baxışdan əvvəl taxt, şkaf, divan və stolunuzun ölçülərini otaqların ölçüləri ilə müqayisə edin. Mətbəx mebelini, divar çıxıntılarını və qapıların açılması üçün yeri nəzərə alın. İstəyə uyğun plan və əlavə ölçülər təqdim edə bilərəm. Şəkillər otaqları tam göstərmək üçün 0,6× ilə çəkilib; genişbucaqlı çəkiliş otaqları daha böyük göstərir, ölçülərə əsaslanın. Mənzil əşyasız verilir, yalnız mətbəx mebeli və ayaqqabı şkafı qalır. Şəkillərdəki digər əşyalar kirayəyə daxil deyil. Aylıq kirayə 300 AZN-dir. Kommunal və komendant ödənişləri daxil deyil, kirayəçi ayrıca ödəyir. Ətraflı məlumat və baxış üçün əlaqə saxlayın.
Xüsusiyyətlər
- Otaqların sayı
- 2
- Sahə
- 42,5 m²
- Mərtəbə
- 11 / 16
- Növ
- Yeni tikili
- Təmir
- Təmirli
Ünvan və yerləşmə
Sumqayıt şəhəri
Google Maps yüklənir…
- Elanın nömrəsi
- 1306
- Dərc edilib