Sumqayıt şəhəri

Kirayə 2160 m² obyekt, Sumqayıt

Təsvir

Bakı–Sumqayıt magistral yolunun üzərində, Sumqayıt avtomobil bazarı ilə üzbəüz yerləşən şəxsi kommersiya obyektimi icarəyə verirəm. Tikilinin sahəsi 2 160 m²-dir: qabaq mağaza hissəsi 480 m², üst mərtəbədəki səkkizotaqlı ofis hissəsi 480 m², arxa servis və anbar hissəsi 1 200 m². Əlavə olaraq 12 sot arxa həyət və qabaqda 34 metrlik parkinq zonası var. Beş avtomobil qaldırıcısı, su, işıq və iki giriş darvazası mövcuddur. Müxtəlif hissələrdə hündürlük 4,5–6 m-dir.400-lük transformator var; texniki parametrləri baxış zamanı dəqiqləşdirə bilərsiniz. Obyekt avtosalon və servis, istehsalat, mağaza, mebel salonu, klinika və digər fəaliyyət istiqamətləri üçün təklif olunur. Bütün göstərilən hissələrin aylıq icarə haqqı 6 800 AZN-dir, ciddi icarəçi ilə qiyməti müzakirə etmək olar. Hissələr ayrıca da icarəyə verilə bilər. Ofis ayrıca götürülsə, obyektin içindən ofis hissəsinə birbaşa keçidin açılması müzakirə oluna bilər. Arxa həyət əlavə avtomobillərin yerləşdirilməsinə imkan verir. Mövcud yeməkxananın icarəsi ayrıca müzakirə oluna bilər. Ətraflı məlumat və baxış üçün mənimlə əlaqə saxlayın.

Xüsusiyyətlər

Sahə
2.160 m²
Təmir
Təmirli
Növ
Obyekt

Rahatlıqlar

  • Parkinq

Ünvan və yerləşmə

Sumqayıt şəhəri

Google Maps yüklənir…

Elanın nömrəsi
1189
Dərc edilib
6.800 AZN3 AZN / m²
Sahə
2160 m²
  • TəmirTəmirli

Qudret

Mülkiyyətçi

Obyektə baxmadan və sənədləri yoxlamadan öncədən ödəniş etməyin.

Elanı irəlilət

TopÖz kateqoriyasında yuxarı blok
—
PrimeAna səhifə və uyğun kateqoriyalar
—